Qeydiyyatdan keçən 11 mindən çox namizəd MİQ imtahanında iştirak etməyib
2025–2026-cı tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə imtahana 65 565 nəfər dəvət edilsə də, onlardan 54 043 nəfər imtahanda faktiki iştirak edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, imtahanda iştirak edənlərin payı 82,7 faiz təşkil edib. Beləliklə, 11 522 namizəd imtahanda iştirak etməyib.



