Qismən akademik tanınma müraciətlərinin müddəti uzadıldı
Xaricdən köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsi almaq istəyən vətəndaşların daxil olan çoxsaylı müraciətləri nəzərə alınaraq, sənəd qəbulunun son tarixi uzadılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, qismən akademik şəhadətnamə əldə etmək istəyən şəxslər 07.07.2026-cı il tarixi, saat 18:00-a qədər müraciət edə bilərlər.




