Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

17 İyun, 2025 - 17:38
Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

İyunun 16-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba şəhərində məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə açıq kubok keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda regionun müxtəlif məktəb və liseylərini təmsil edən 24 komanda iştirak edib. Hər bir komanda 24 suala cavab verib.

Oyunun nəticələrinə əsasən, Qubanın Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin “Noosfera” komandası 12 suala düzgün cavab verərək birinci yeri tutub. Eyni sayda suala cavab verən, lakin reytinq xalı baxımından geridə qalan “Fətəli Xan” komandası ikinci, Qubanı təmsil edən “Avengers” komandası isə üçüncü yeri qazanıb.

Qalib komanda məktəblilər arasında keçiriləcək növbəti respublika çempionatına vəsiqə qazanıb, həmçinin kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, yarışma “Kapital Bank”ın dəstəyi, Təhsil Oyunları Platforması və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub. 