Qubada tələbələr üçün qış düşərgəsi təşkil olunacaq
Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbə Təşkilatının və ”Pathtomath” Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə 4-9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələrin qış düşərgəsi - MathCamp 2026 təşkil ediləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, tələbələri riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq və yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirməkdir.
Ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/PaUfiLSFVfVrEum28
Qeyd edək ki, düşərgədə iştirak etmək istəyən tələbələr 16 yanvar 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Düşərgədə kimlər iştirak edə bilər?
- Riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri;
- Magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr.
Seçilmiş namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı yanvar ayında təşkil ediləcək.


