Raqif Qasımov: Rəqəmsallaşma və diferensial qiymətləndirmə ali təhsildə yeni inkişaf mərhələsi açır

6 Dekabr, 2025 - 16:48
Raqif Qasımov: Rəqəmsallaşma və diferensial qiymətləndirmə ali təhsildə yeni inkişaf mərhələsi açır

“Proseslərin elektronlaşdırılması, imtahanların elektron qaydada təşkili, diferensial əməkhaqqı sisteminin tətbiqi ali təhsil müəssisələrində idarəetmənin şəffaflığını və effektivliyini artırır. Bu, öz növbəsində, davamlı inkişaf strategiyasının ali təhsilə real təsirlərini göstərir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Mingəçevirdə keçirilən III Beynəlxalq Elmi Konfransda çıxış edən UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov bildirib.

Onun sözlərinə görə, bu tipli elmi konfranslar region ali təhsil müəssisələri üçün mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir.

R.Qasımov həmçinin elmi layihələrin rəqəmsallaşdırılması və ekoloji yönümlü tədqiqatların regionun iqtisadi inkişafına əhəmiyyətli töhfələr verəcəyini deyib:

“Bu tədbir tələbələr və gənc tədqiqatçılar üçün yeni imkanlar yaradır. Onların elmə cəlb olunması baxımından konfrans xüsusi dəyər daşıyır".