Region məktəbinin bütün məzunları tələbə oldu

29 Avqust, 2025 - 14:33
29 Avqust, 2025 - 14:33
 0  319
Region məktəbinin bütün məzunları tələbə oldu
Region məktəbinin bütün məzunları tələbə oldu
Region məktəbinin bütün məzunları tələbə oldu
Region məktəbinin bütün məzunları tələbə oldu
Region məktəbinin bütün məzunları tələbə oldu

Şirvan şəhəri Kimya-biologiya təmayüllü liseyin 2024–2025-ci tədris ili üzrə məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə ediblər.

Liseydən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu il sözügedən təhsil ocağını 49 məzun bitirib.

Liseydə 650-dən çox bal toplayan məzun sayı 6 nəfərdir və onlar Bakı Ali Neft Məktəbi (2 nəfər), Azərbaycan Tibb Unversiteti (2 nəfər), ADA Universitetini (2 nəfər) seçiblər. Liseyin 3 məzunu xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

Liseyin bir məzunu isə yüksək balla Qarabağ Universitetinin Maliyyə fakültəsinə qəbul olub.

Ümumilikdə isə lisey məzunlarının 12 nəfəri 500-dən çox bal toplayaraq uğurlu nəticə əldə edib.

Qeyd edək ki, məzunların 7 nəfəri elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl nişan ilə təltif olunub.