"Rəqəmsal bacarıqlar" və STEAM layihələrinin əhatə dairəsi genişləndirilir

14 Sentyabr, 2026 - 15:18
"Rəqəmsal bacarıqlar" və STEAM layihələrinin əhatə dairəsi genişləndirilir

"Rəqəmsal bacarıqlar" və STEAM layihələrinin əhatə dairəsi genişləndirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Nazir bildirib ki, "Rəqamsal bacarıqlar" layihəsinin tətbiq olunduğu məktəblərin sayı 30 faiz, STEAM əsaslı tədris aparılan məktəblərin sayı isə 38 faiz artırılır:

“”Rəqəmsal bacarıqlar” layihəsi 630 mindən çox şagirdi, STEAM əsaslı tədris isə 312 197 şagirdi əhatə edəcək”.