Rəqəmsal iqtisadiyyata dair yeni doktorantura proqramı təsdiqlənəcək
Doktorantura səviyyəsində rəqəmsal iqtisadiyyata dair yeni proqram təsdiqlənəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, sahəvi fəlsəfə doktoru dissertasiyaları müdafiə olunacaq, onların sənayedə fəaliyyətə başlaması təmin ediləcək.


