Rəqəmsal mühit uşaqlar üçün müəyyən təhlükə yaradır - Rəşad Nəbiyev

23 Dekabr, 2025 - 11:35
Rəqəmsal mühit uşaqlar üçün müəyyən təhlükə yaradır

Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlara  müəyyən təhlükə də yaradır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Nazir qeyd edib ki, imkanların tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır: "Rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması və kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsi diqqət yetirilməsi vacib olan əsas istiqamətlərdir".