"Rəqəmsal vətəndaşlıq: Kibertəhlükələrdən qorunma, doğru və yanlış informasiyanı müəyyən etmə yolları" mövzusunda təlim keçiriləcək

9 Oktyabr, 2024 - 09:30

Məktəbli Könüllülərin İnkişaf Platforması çərçivəsində növbəti təlim həyata keçiriləcək!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı ilə icra olunan “Məktəbli Könüllü” proqramı çərçivəsində “Məktəbli Könüllülərin İnkişaf Platforması” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində növbəti görüş “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Vaqif Fətullayevin iştirakı ilə baş tutacaq.

📃Mövzu: Rəqəmsal vətəndaşlıq: Kibertəhlükələrdən qorunma, doğru və yanlış informasiyanı müəyyən etmə yolları

📆Tarix:12.10.2024
⏰Saat: 10:30

⚠️Qeyd edək ki, təlimdə iştiraka müraciəti proqram tərəfindən təsdiqlənən bir qrup könüllü üzvümüz haqq qazanacaq.

Elə isə indi müraciət et!🔗https://forms.gle/PPRGisxkWktofbg98