"Rəqəmsal Yay Məktəbi"nə qeydiyyat başladı

24 İyun, 2026 - 15:19
"Rəqəmsal Yay Məktəbi"nə qeydiyyat başladı

Yay tətilini həm faydalı, həm də maraqlı keçirmək istəyənlər üçün "Rəqəmsal Yay Məktəbi"nə qeydiyyat elan olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram çərçivəsində iştirakçılar kompüter və rəqəmsal bacarıqlar, süni intellekt və yeni texnologiyalar, eləcə də komanda işi və layihə hazırlığı istiqamətlərində bilik və bacarıqlar əldə edəcəklər.

"Rəqəmsal Yay Məktəbi"nin dərslərinə 1 iyul 2026-cı il tarixində start veriləcək. Proqrama müraciət etmək istəyənlər 29 iyun 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.

Təlimlər "Rəqəmsal Məktəb"də keçiriləcək.

Qeydiyyat: 

"Rəqəmsal Yay Məktəbi"nə qeydiyyat başladı
"Rəqəmsal Yay Məktəbi"nə qeydiyyat başladı