Reytinqlərdə Azərbaycan universitetlərinin region üzrə təmsilçiliyi güclənir

25 Mart, 2026 - 20:52
Reytinqlərdə Azərbaycan universitetlərinin  region üzrə təmsilçiliyi güclənir

Azərbaycan 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.

"Azərbaycan müəllimi" xəbər verir ki, əlavə olaraq, cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.

Qeyd edək ki, sözügedən reytinqdə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahədə yer alıb, 1 universitetimiz isə top 100-lüyə daxil olub.

 

Ölkə

2025

Sahələrin sayı

2026

Sahələrin sayı

İrəliləmiş sahələrin sayı

Dəyişməmiş sahələrin sayı

Geriləmiş sahələrin sayı

Yeni sahələrin sayı

Dinamika,

%

Türkiyə

236

247

90

74

44

39

19 %

Qazaxıstan

65

70

20

16

19

15

1 %

Azərbaycan

5

22

5

0

0

17

23 %

Özbəkistan

8

17

5

0

2

10

18 %