Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

8 Sentyabr, 2025 - 14:33
Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır
Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start verilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.