Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

4 May, 2025 - 17:33
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

4 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib. 

DİM-dən “Azərbaycan müəllimi”nə bildirlib ki, imtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Mayın 5-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.