Rezidenturaya qəbul olanların qeydiyyat tarixi BİLİNDİ
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələri elan edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, rezidenturaya qəbul olunanlar qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.
Qeydiyyat 25 avqust saat 15:00-dan 3 sentyabr saat 18:00-dək davam edəcək. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.




