RFO-nun humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

11 İyun, 2026 - 18:06
RFO-nun humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Bu gün Bakı Dövlət Universitetində Respublika fənn olimpiadalarının (RFO) humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bugünkü qaliblərin nailiyyətlərinin arxasında əmək, yuxusuz gecələr və möhkəm iradə dayanır:

"Bu gün sizə veriləcək medallar önəmlidir, amma ən önəmlisi sizin əldə etdiyiniz düşüncə tərzidir. Bu zalda aranızda gələcəyin alimləri, dövlət xadimləri əyləşib.  Əminəm ki, gələcəkdə elmin inkişafına öz töhfənizi verəcəksiniz".

O qeyd edib ki, bu gün ölkəmizin ən istedadlı şagirdlərinin nailiyyətlərini qeyd etmək üçün toplaşılıb:
“Onların valideynlərini səmimi-qəlbdən təbrik edirəm. Bu toplantı eyni zamanda biliyin bir bayramı kimi qeyd edilir. Şagirdlərimizin uğurlu nəticələri hamımızı sevindirir. Bu zalda əyləşmiş hər bir şagird sübut etdi ki, qarşıya qoyulmuş məqsədə çatmağın yolu daimi öyrənməkdir”.

Nazir müavininin sözlərinə görə, dövlətin sərvəti eyni zamanda onun insan kapitalı ilə ölçülür:
"RFO tək yarış deyil. Azərbaycan Prezidenti  İlham Əliyevin siyasəti nəticəsində təhsil və insan kapitalı əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu sahədə çox ciddi addımlar atılıb".

İ.İsayev bildirib ki, hər bir mailiyyətin arxasında müəllim əməyi, peşəkarlığı durur.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğının nəticəsində ölkəmizdə həm idman, həm də təhsil sahəsində mühüm uğurlar əldə olunur.

Tədbirin rəsmi hissəsindən sonra humanitar fənlər üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.

İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.

RFO hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.

Olimpiadalar Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.

Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.