RFO-nun informatika üzrə rayon (şəhər) turu keçirilib

12 Yanvar, 2026 - 14:27
RFO-nun informatika üzrə rayon (şəhər) turu keçirilib

10-11 yanvar tarixlərində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, olimpiada onlayn formatda keçirilib.

İmtahan nəticələrinə əsasən, 8-ci siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 597 nəfər;

9-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 559 nəfər;

10-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 508 nəfər;

11-ci siniflər üzrə isə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 501 nəfər olub.

Qeyd edək ki, növbəti mərhələdə iştirak hüququ qazanan şagirdlər barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.