RFO-nun kimya fənni üzrə qalibləri arasında seçmə imtahan təşkil edilib

24 Dekabr, 2025 - 09:42
RFO-nun kimya fənni üzrə qalibləri arasında seçmə imtahan təşkil edilib

Dekabrın 20-də Respublika fənn olimpiadasının (RFO) kimya fənni üzrə qalibləri arasında seçmə imtahan təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, seçmə imtahanın nəticələrinə əsasən bilik və bacarıqları ilə fərqlənən 23 şagird Kimya Qış Düşərgəsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.