Riyaziyyatdan beynəlxalq olimpiadalara hazırlıq dərslərinin vaxtı açıqlanıb
 
                                Hər il olduğu kimi cari tədris ilində də riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri 3 yarımqrup üzrə davam etdirilir.
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, ilkin mərhələyə Respublika Fənn Müsabiqələri qalibləri, aşağı yaş qrupu üzrə 2 mərhələləli seçmə imtahanın qalibləri və yuxarı yaş qrupu üzrə Respublika Fənn Olimpiadaları qalibləri arasında keçirilən seçmə imtahanında yüksək nəticə göstərmiş şagirdlər dəvət olunurlar.
Aşağı yaş qrupu üzrə dərslərin keçirilməsində əsas məqsəd cari tədris ilində Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında komandamızın yüksək nəticə göstərməsini təmin etmək, eləcə də növbəti illərdə daha yüksək yaş qrupuna hazırlıq üçün möhkəm təməlllərin qoyulmasından ibarətdir.
Riyaziyyat fənni üzrə aşağı yaş qrupu üzrə (8-ci və 9-cu sinif şagirdləri ilə) dərslər həftənin çərşənbə günləri 15:00-18:20 və şənbə günləri 10:00-13:20-də ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində təşkil olunacaqdır.
 



 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            