Sabirabadda məktəbin həyətyanı sahəsindəki yardımçı tikilidə yanğın olub

14 Fevral, 2025 - 20:03
Sabirabadda məktəbin həyətyanı sahəsindəki yardımçı tikilidə yanğın olub
Sabirabadda məktəbin həyətyanı sahəsindəki yardımçı tikilidə yanğın olub

Bu gün 17:30 radələrində Sabirabad şəhər Z.Hacıyev adına 7 nömrəli tam orta  ümumtəhsil məktəbinin həyətyanı sahəsində yerləşən yardımçı binada yanğın baş verib.

Mil-Muğan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, hadisə barədə dərhal Dövlət Yanğın Nəzarəti Xidmətinin Sabirabad rayonunda yerləşən bölməsinə məlumat verilib və qısa müddətdə yanğının qarşısı alınıb.

Xəsarət alan olmayıb.