Şagird məktəbə telefon gətirə bilər?

30 İyun, 2026 - 11:52
Şagird məktəbə telefon gətirə bilər?

Elm və təhsil naziri Emin Əmrullayev məktəbəhazırlıq və ümumi təhsil müəssisələrində şagirdlərin telefon istifadəsi ilə bağlı imzalanmış qərar haqqında məlumat verib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirin sual-cavab sessiyasında danışıb.

Nazirin sözlərinə görə, şagird məktəbə telefon gətirə bilər, lakin dərs vaxtı telefondan istifadə edə bilməz.

O bildirib ki, yeni qərar müəllimin belə hallarda nə edə biləcəyini tənzimləyəcək.