Şagirdlərimiz PISA-nın ən çətin sahəsində irəliləyiş əldə etdilər: oxu üzrə 40 bal artım 

8 Sentyabr, 2026 - 12:06
Şagirdlərimiz PISA-nın ən çətin sahəsində irəliləyiş əldə etdilər: oxu üzrə 40 bal artım 

PISA 2025 tədqiqatlarında Bakı şagirdlərinin oxu savadlılığı üzrə nəticəsi 2022-ci illə müqayisədə 40 bal yüksəlib. Bu nəticə pandemiyadan sonrakı dövrün təsirlərinin oxu sahəsində də aradan qaldırıldığını göstərir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, hazırkı göstərici 2018-ci ilin səviyyəsindən də 16 bal yuxarıdır. 

Beynəlxalq təcrübə göstərir ki, oxu savadlılığı PISA çərçivəsində irəliləyiş əldə olunması ən çətin sahələrdən biridir. Bu bacarıq konkret fənn biliyindən daha çox uzunmüddətli mütaliə vərdişləri və mətnlə işləmə mədəniyyəti ilə birbaşa bağlıdır. Məhz buna görə də oxu üzrə əldə edilən hər bir bal davamlı və sistemli fəaliyyətin nəticəsidir.

Nəticələrlə daha ətraflı tanış olmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:
PISA 2025 nəticələr (1-ci cild)
Bakı üzrə nəticələr 

Qeyd edək ki, müqayisə yalnız Bakı şəhəri üzrə aparılmışdır. Bunun səbəbi 2018 və 2022-ci il qiymətləndirmələrinin yalnız Bakıda keçirilməsidir.

Şagirdlərimiz PISA-nın ən çətin sahəsində irəliləyiş əldə etdilər: oxu üzrə 40 bal artım