Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 Avqust, 2025 - 17:09
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

Avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.

Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.