Şagirdlərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici sessiya keçirilib
Qlobal Pul Həftəsi (“Global Money Week”) çərçivəsində məktəblilərin maliyyə savadlılığının artırılmasına yönəlmiş “Smart Money Talks” adlı maarifləndirici sessiya keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və "Kapital Bank"ın təşəbbüsü ilə baş tutan sessiyada şagirdlər pul və maliyyə anlayışları ilə tanış olub, şəxsi büdcənin idarə olunmasının əsaslarını öyrəniblər. Onlara qənaət, maliyyə planlaşdırması və düzgün maliyyə qərarlarının verilməsi, eləcə də gündəlik həyatda rast gəlinən maliyyə riskləri və fırıldaqçılıq halları barədə məlumat verilib.
Qeyd edək ki, Qlobal Pul Həftəsi dünyanın bir çox ölkəsində keçirilən və uşaqların maliyyə savadlılığının artırılmasını hədəfləyən beynəlxalq təşəbbüsdür.



