Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində təhsil alan XI sinif şagirdlərinin 90 faizi repetitor yanına getmədən buraxılış imtahanında yüksək nəticə göstərib.
"Azərbaycan müəllimi" xəbər verir ki, lisey şagirdlərinin ümumi orta balı 269 bal olub.
55 şagirdin 24 nəfəri 280+ bal, 45 nəfəri 250+ bal toplayıb.
Lisey üzrə ən yüksək nəticə 298 bal olub.



