Şamaxı Dövlət Regional Kollecinin yeni rəhbəri kollektivə təqdim edilib

7 Yanvar, 2026 - 10:10
Şamaxı Dövlət Regional Kollecinin yeni rəhbəri kollektivə təqdim edilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Vasif Müslümov Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyin olunub və eyni zamanda ona direktor vəzifəsinin icrası həvalə edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, yeni təyinatla bağlı kollecdə keçirilən təqdimat mərasimində Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov Vasif Müslümovu kollektivə təqdim edib.

Vasif Müslümov ali təhsilini Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və kibernetika” ixtisası üzrə alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dillər Universitetində müəllim kimi başlayıb, daha sonra həmin universitetdə müəllim, baş müəllim, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2010–2025-ci illərdə Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib.

Vasif Müslümov fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir və 52 elmi-metodiki əsərin müəllifidir.