Sayasat Nurbek: Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik

4 Mart, 2025 - 11:51
Sayasat Nurbek: Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik

"Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu bu gün ADA Universitetində "Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən görüşdə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek deyib.

O bildirib ki, Azərbaycan və Qazaxıstan arasında akademik və elmi əməkdaşlığın gücləndirilməsi vacibdir:

"Biz təhsil strategiyalarımız, tərəfdaş universitetlərlə əməkdaşlıq planlarımız və innovativ yanaşmalar üzərində çalışırıq. Qardaşlıq münasibətlərimizin ali təhsil sahəsində də inkişaf etməsi önəmlidir", - deyə nazir qeyd edib.

Sayasat Nurbek: Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
Sayasat Nurbek: Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik