SDU-da fakültələrarası dama yarışı keçirilib
Tələbələrin sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə dekabrın 7-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş fakültələrarası dama yarışı keçirilib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, yarışda Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 7 komanda birincilik uğrunda mübarizə aparıblar. Nəticədə Riyaziyyat fakültəsi I, Mühəndislik fakültəsi II, Tarix və coğrafiya fakültəsinin komandası isə III yerlərə layiq görülüblər. Qaliblər sertifikatla təltif olunublar.


