SDU-da QR kod əsaslı rəy sistemi tətbiq olunub

30 May, 2026 - 20:07
SDU-da QR kod əsaslı rəy sistemi tətbiq olunub

Sumqayıt Dövlət Universitetində (SDU) tələbə və müəllimlərlə universitet rəhbərliyi arasında operativ kommunikasiya və effektiv əks əlaqənin təmin olunması məqsədilə yeni rəqəmsal təşəbbüs həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitet rəhbərliyinin təşəbbüsü ilə universitet ərazisinin müxtəlif hissələrində xüsusi QR kodlar yerləşdirilib. Yeni sistem vasitəsilə tələbə və müəllimlər anonimlik prinsipi qorunmaqla öz rəy, təklif və müraciətlərini universitet rəhbərliyinə birbaşa çatdıra biləcəklər.

QR kodlar universitet rəhbərliyinin tövsiyəsi əsasında tələbə evi, “Gənclik” kafesi, tədris binalarının koridorları və tələbələrin intensiv istifadə etdiyi digər məkanlarda yerləşdirilib.

 Tətbiq olunan bu yanaşmanın əsas məqsədi universitet daxilində kommunikasiya mühitinin daha da təkmilləşdirilməsi, tələbə və müəllimlərin fikir və təşəbbüslərinin operativ şəkildə toplanması, həmçinin idarəetmədə çevik əks əlaqə mexanizminin formalaşdırılmasıdır.

SDU-da QR kod əsaslı rəy sistemi tətbiq olunub