Şəki-Zaqatala regionunun məktəblərinə 363 min nüsxədən çox dərslik çatdırılıb

10 Sentyabr, 2025 - 16:37

Yeni tədris ilinin başlanması ərəfəsində ölkə üzrə şagirdlərin dərsliklərlə təmin olunması prosesi uğurla davam etdirilir. Şagirdlərin dərs ili başlamadan əvvəl zəruri tədris vəsaitləri ilə təmin olunması onların həm dərs materialları ilə vaxtında tanış olmasına, həm də tədris prosesinə hazırlıqlı başlamasına şərait yaradır.

“Azərbaycan müəllimi”nə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərinə 2025–2026-cı tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılmasına start verilib.

Məlumata əsasən, şagirdlər və onların valideynləri dərslikləri əldə etmək üçün birbaşa təhsil aldıqları dövlət ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər. Bu proses dərs ili başlanmazdan əvvəl bütün şagirdlərin lazımi kitablarla təmin olunmasını hədəfləyir. Bununla yanaşı, mövcud qaydalara əsasən, dərsliklərin istifadə müddəti 4 ildir və yalnız bu müddəti başa vuran dərsliklər yeniləri ilə əvəz edilir.

Qeyd olunub ki, 2025–2026-cı tədris ili üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin I–XI sinifləri üzrə 257 adda, ümumilikdə 363 228 nüsxə dərslik artıq məktəblərə çatdırılıb.