Şəmkir məktəbindəki yanğında xəsarət alan olmayıb - Rəsmi
Şəmkir şəhəri N.Nərimanov adına məktəbdə yanğın hadisəsi baş verib.
Bu barədə "Azərbaycan müəllimi"nə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır.



