Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində infotur olub
UNEC-in "Maşın mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələri üçün infotur təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və "Maşın mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbə heyəti üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil edilib.
İnfoturun əsas məqsədi tələbə və müəllim heyətini Mərkəzin emalatxanalarında mövcud olan müasir texnoloji avadanlıqlarla tanış etmək, həmçinin istehsalat mühitində tətbiq olunan texnologiyalar haqqında ətraflı məlumat vermək olub.
Görüş çərçivəsində qonaqlar mərkəzin emalatxanalarını ziyarət edərək burada istifadə olunan texnoloji avadanlıqlarla yaxından tanış olub, avadanlıqların texniki xüsusiyyətləri, iş prinsipləri, təhlükəsizlik qaydaları və istehsalat prosesində tətbiq sahələri barədə geniş məlumat əldə ediblər.
Sonda tələbələrin mərkəzə qəbul prosesi, tədris olunan ixtisaslar, həmçinin tədris prosesi ilə bağlı sualları cavablandırılıb.
Bu proses tələbələrin real iş mühiti ilə tanış olmasına və nəzəri biliklərini praktiki müstəvidə daha yaxşı qavramasına şərait yaradıb.



