Sərbəst güləş üzrə qaliblər bəlli oldu
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası davam edir.
Azərbaycan Texniki Universitetin idman zalında təşkil edilən yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. 38, 44, 52, 62 və 75 kq-da 100-dən artıq yeniyetmə pəhləvanın mübarizəsində finalçılar müəyyənləşib.
38 kq
Aqil Abbasov (Masallı) - Əbəlfəz Mehtiyev (Masallı).
44 kq
Fərid Ağayev (ROİL) - Cahir Əhmədov (Gədəbəy).
52 kq
Həsən Bayramlı (ROİL) - Zeyd Süleymanlı (UGİM-2).
62 kq
İsmayıl Mamedov (Balakən) - Ağakərim Cəfərli (Lənkəran).
75 kq
Anar Hüseynli (UGİM-2) - Məhəmmədəli Əliyev (Zəngilan).
Axşam seansında isə sərbəst güləş üzrə yarışın son qalibləri müəyyənləşib:
41 kq
1. Ülvü Qurbanzadə (Göygöl);
2. Bayram Əhmədzadə (Qax, ROİL);
3. Muhamməd Mehdiyev (Gəncə, Təhsil-1), Abdulla Paşeyv (UGİM-5).
48 kq
1. Nahid Teymurov (Qobustan);
2. Sübhan Axundzadə (Abşeron);
3. Ümid Quluzadə (Gəncə), Turan Abdullazadə (Biləsuvar).
57 kq
1. Ramal Süleymanlı (Abşeron);
2. Nuh Kərim (Lənkəran);
3. Yusif Həsənli (Füzuli), Harun Əliyev (Salyan).
68 kq
1. Razim Musayev (UGİM-2);
2. Nüşrətəli Məmmədzadə (Sumqayıt, Təhsil);
3. Nurin Abdullayev (Gəncə), Elcan Bəşirli (Ağstafa).
85 kq
1. Cavid Əliyev (Cəlilabad);
2. Əkbər Məmmədli (Gəncə, Təhsil-1);
3. Əhməd Əhmədov (ROİL), Hüseyn Şükürov (Masallı).
Sərbəst güləş üzrə 3 günlük yarışın yekunlarına əsasən, Gəncə-Təhsil-1 komandası 145 xalla birinci yeri tutub. Qobustan (76) ikinci, Qax-ROİL (73) kollektivi isə üçüncü pillədə qərarlaşıb.




