Şərqi Zəngəzurun 465 şagirdi fənn olimpiadalarının yarımfinalında iştirak edəcək

23 Yanvar, 2025 - 10:39
Şərqi Zəngəzurun 465 şagirdi fənn olimpiadalarının yarımfinalında iştirak edəcək
Şərqi Zəngəzurun 465 şagirdi fənn olimpiadalarının yarımfinalında iştirak edəcək

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 465 şagirdi Respublika fənn olimpiadalarının yarımfinalında iştirak hüququ qazanıb.

İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, Cəbrayıl üzrə 144, Qubadlı üzrə 121, Kəlbəcər üzrə 84, Laçın üzrə 70, Zəngilan rayonu üzrə 40 şagird uğurlu nəticə əldə edib. Ötən illə müqayisədə yüksək nəticələrdə 29% artım müşahidə olunur. İnformatikadan 3, riyaziyyatdan 1 şagird 100% nəticə göstərib. 

Ümumilikdə isə olimpiadanın rayon (şəhər) mərhələsində 15 şagird 90-100, 25 şagird 80-90 bal toplayıb.