Kəlbəcərin ilk məzunu tələbə oldu

24 Avqust, 2026 - 20:03
Kəlbəcərin ilk məzunu tələbə oldu

Bu gün ali məktəblərə qəbul üçün keçirilən müsabiqənin nəticələri elan edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, nəticələrə əsasən, işğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən ilk təhsil müəssisəsi – Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və yeganə məzunu Atakişiyeva Nəzrin Seyfəddin qızı tələbə adını qazanıb.

Nəzrin Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.

Məlumat üçün bildirək ki, sözügedən məktəb 15 sentyabr 2025-ci ildə fəaliyyətə başlayıb.

Elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcərin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanın “Son zəng”ində iştirak edib və onu məzun olması münasibətilə təbrik etmişdi.