Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində 1507 uşaq tədrisə başlayıb

15 Sentyabr, 2026 - 09:50
Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində 1507 uşaq tədrisə başlayıb

Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində 1507 uşaq tədris prosesinə cəlb edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2026–2027-ci tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 96 uşaq məktəbəhazırlıq qruplarında, 133 şagird I siniflərdə, 1278 şagird isə II–XI siniflərdə tədris prosesinə başlayacaq.

Təhsilalanların təlim-tərbiyəsi ilə 175 müəllim məşğul olacaq.