Cəbrayıl məktəbinin 3 şagirdi RFO medalçısı oldu

27 Aprel, 2026 - 11:58
Cəbrayıl məktəbinin 3 şagirdi RFO medalçısı oldu

Tarix fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində Cəbrayıl rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 3 şagirdi yüksək nəticə göstərərək qaliblər sırasında yer alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, ümumi təhsil müəssisəsinin VIII sinif şagirdi Həmzəyev Ramal Amil oğlu gümüş, X sinif şagirdləri Bəyişli Səməngül Natiq qızı və Əzizli Sənay Ruslan qızı isə bürünc medala layiq görülüblər.