Şərqi Zəngəzurdan 115 məzun 600 baldan yuxarı nəticə göstərib 

6 Avqust, 2026 - 10:02
Şərqi Zəngəzurdan 115 məzun 600 baldan yuxarı nəticə göstərib 

2025-2026-cı tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 115 məzun 600 baldan yuxarı nəticə göstərib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Qubadlı rayonu üzrə 32, Laçın rayonu üzrə 31, Kəlbəcər rayonu üzrə 24, Cəbrayıl rayonu üzrə 20, Zəngilan rayonu üzrə isə 8 nəfər, ümumilikdə isə 115 nəfər məzun buraxılış və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.