Kəlbəcərdə ilk dəfə RFO keçirilib

19 Yanvar, 2026 - 09:53
Kəlbəcərdə ilk dəfə RFO keçirilib

Respublika fənn olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsi  işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Zəngilan rayonu Ağalı kənd, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına və Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəblərində yaradılmış 3 mərkəzdə təşkil olunub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu il Kəlbəcər şəhərində ilk dəfə RFO keçirilib.

Qeyd edək ki, olimpiadada VIII–XI siniflər üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.

Rayon (şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə ölkənin bütün şəhər və rayonlarında keçirilib.

Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla, şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ – respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanacaqlar.