Kəlbəcərdəki ilk məktəbin bütün şagirdləri kompüterlə təmin olunub
Kəlbəcərdə fəaliyyətə başlayan ilk məktəbin bütün şagirdləri kompüterlə təmin olunub.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, cari tədris ilində işğaldan azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin bütün şagirdləri fərdi kompüterlə təmin edilib.
Bu addım şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına, müasir tədris resurslarına çıxış imkanlarının genişlənməsinə və tədris prosesinin daha innovativ mühitdə təşkilinə xidmət edir.
Qeyd edək ki, məktəbdə 63 şagird təhsil alır, 27 nəfər müəllim tədrislə məşğuldur.



