Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır

11 Mart, 2026 - 15:37
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır

Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 7 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 

Bu barədə "Azərbaycan müəllimi"nə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, həmin məktəblərdə 1114 şagird təhsil alır, 161 müəllim fəaliyyət göstərir. 

Həmçinin azad olunmuş ərazilərdə  4 körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb. Bu müəssisələrdə 162 uşağın təlim-tərbiyəsi ilə 15 nəfər təhsilverən məşğul olur.