Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq

28 Avqust, 2025 - 17:26
Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq
Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq

Növbəti tədris ilində Kəlbəcərdə yeni istifadəyə veriləcək məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq.

Bu barədə "Azərbaycan müəllimi" nə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi 108 nəfər şagird yerlikdir və modul tipli binada fəaliyyətə başlayacaq. 
Qeyd edək ki, adıçəkilən məktəb hazırda Gəncə şəhərində yerləşir.