Qubadlıda bir sinfin bütün məzunları tələbə oldu

25 Avqust, 2026 - 14:16
Qubadlıda bir sinfin bütün məzunları tələbə oldu

Ötən gün açıqlanan nəticələrə görə Qubadlı məktəbindən bir sinfin bütün məzunları tələbə adını qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Qubadlı rayonu İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta ümumtəhsil məktəbinin 11c sinfini bitirən 22 nəfərin hamısı ali məktəbə qəbul olub. Onlardan 3 nəfəri 600 (654, 636, 615), 4 nəfəri isə 500-dən yuxarı bal toplayıb.