Qubadlı məktəbinin 1 sinfinin 8 məzunu 600-dən çox bal topladı

21 Avqust, 2026 - 12:23
Qubadlı məktəbinin 1 sinfinin 8 məzunu 600-dən çox bal topladı

Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd tam orta məktəbin 8 nəfər məzunu 600, 5 nəfər məzunu isə 500 baldan yuxarı nəticə göstərib. Yüksək nəticə göstərən 8 nəfər məzun bir sinfin şagirdidir.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi" nə bildirilib ki, Çaytumas məktəbinin 4 il (2021, 2022, 2023 və 2024-cü illər) ərzində şagirdlərinin ali təhsil müəssisələrinə qəbul nəticəsi 100 faiz olub. 2025-ci ildə isə qəbul 96 faiz təşkil edib.

Bildirilib ki, bu il məktəbin 50 nəfər məzunu var, onlardan 7 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib.