Cəbrayılda "Zəfər yürüşü" keçiriləcək
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə noyabrın 7-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Cəbrayılda "Zəfər yürüşü" keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim və şagird kollektivlərinin iştirakı ilə keçirilən yürüş Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta ümumtəhsil məktəbindən start götürəcək. Yürüş Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində yekunlaşacaq.



