Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 İyun, 2025 - 17:27
Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA
Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

“MİQ-dən fərqli olaraq, sertifikatlaşdırmanın test imtahanı mərhələsində səhv cavablar düzgün cavabların sayına mənfi təsir göstərmir. Yəni “4 səhv 1 doğru aparır” prinsipi bu prosesdə tətbiq olunmur. Hər düzgün cavab öz müvafiq dəyəri üzrə qiymətləndirilir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Təhsil TV-nin “360 dərəcə təhsil” verilişində qonaq olan Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev səsləndirib.

Muxtar Hacıyev əlavə edib ki, imtahan prosesi 120 dəqiqə davam edir. Amma bu vaxt namizədlər imtahanın təlimatları ilə tanış olmasından sonra hesablanmağa başlanır: “Namizədlər təlimatla tanış olurlar, daha sonra “imtahana başla” düyməsini kliklədikdən sonra vaxt hesablanmağa başlayır. O ana qədərki vaxt müəllimin imtahan müddətindən çıxılmır. İmtahan müddəti müəllimin sualları cavablandırması ilə başlayır”.