Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 İyun, 2025 - 12:15
Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim
Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

Sertifikatlaşdırma imtahanı yekunlaşsa da, qazandırdığı uğurlar, yaşatdığı həyəcanlı anlardan hələ də danışılır. 

Adıçəkilən imtahanda maksimal nəticə göstərən Kəlbəcər rayonu 49 nömrəli məktəbin müəllimi Alsu Mikayılova da belələrindəndir.

Sertifikatlaşdırma imtahanında 60 bal toplayan Alsu Mikayılova müxtəlif vaxtlarda Yevlax şəhəri İ.Şıxlı adına 8 nömrəli, Kəlbəcər rayonu 48 nömrəli tam orta və Yevlax rayonu Cırdaxan kənd ümumi orta məktəblərində informatika fənnini tədris edib.

"2021-ci ildə MİQ müsabiqəsində iştirak edərək Kəlbəcər rayonu 49 nömrəli tam orta məktəbə daimi əsaslarla işə qəbul olmuşam. İlk dəfədir ki, sertifikatlaşdırma imtahanında iştirak edirdim. İmtahana qədərki həyəcanı nəzərə almasaq, proses çox gözəl keçdi. Sualların arasında çətin, orta, eyni zamanda, asan səviyyəlilər var idi. 

Özümdən maksimum bal gözləyirdim, bunu əldə edəcəyimə də inanırdım, çünki çalışırdım. Belə deyək, uğurun arxasında planlı hazırlaşma, təcrübəni nəzəri biliklərlə uyğunlaşdırma və davamlı öyrənməyə olan maraq dayanır. Düşünürəm ki, bu uyğunlaşmanı düzgün quran hər kəs yüksək nəticə əldə edə bilər. Nəticə sadəcə bir göstərici deyil, mən onu gələcək fəaliyyətim üçün stimul kimi dəyərləndirirəm. Həmişə şagirdlərə dediyimiz cümlə bizim üçün də keçərlidir: Hələ öyrənəcəyimiz çox şey var və sertifikatlaşdırma bu prosesdə bizə dəstək olur".