Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir

10 Aprel, 2026 - 10:58
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) müəllimlərə dəstək məqsədilə  keçirilən sertifikatlaşdırma prosesinə həsr olunmuş görüşlər davam edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, paytaxtdakı 263 və 88 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilən görüşlərdə BŞTİ-nin İnsan resursları sektorunun nümayəndələri Fikrət Süleymanov, Azər Fərzəliyev, Firuzə Həsənova, Aytən Əbilova, 49 nömrəli “İntellekt” məktəb-liseyinin psixoloqu Aysel Məmmədova, tarix, texnologiya, coğrafiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri iştirak ediblər.

Görüşdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının əhəmiyyəti, imtahan öncəsi psixoloji hazırlıq barədə danışılıb, müəllimlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına, təhsilin keyfiyyət göstəricilərinə təsirləri, sertifikatlaşdırma qaydaları haqqında məlumat verilib.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.    

Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir