Sertifikatlaşdırma şagird nəticələrinə təsir edirmi? – Nazir açıqladı

30 İyun, 2026 - 11:34
Sertifikatlaşdırma şagird nəticələrinə təsir edirmi?

“Sertifikatlaşdırma prosesinin şagird nəticələrinə təsirini qısamüddətli dövrdə söyləmək çətindir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə sual-cavab sessiyasında deyib.

Nazirin sözlərinə görə, sentyabr ayından etibarən şagirdlərin beynəlxalq qiymətləndirilməsinin nəticələri açıqlanacaq: “Ümumiyyətlə, sertifikatlaşdırma prosesinin nəticəsini tam olaraq 2023-2024-cü illərdə ibtidai sinfə gedən şagirdlərin nəticələrində görəcəyik”.

O bildirib ki, sertifikatlaşdırma prosesinin nəticələrini uzunmüddətli dövrdə müşahidə ediləcək, xüsusilə növbəti ilin PRILS tədqiqatında ibtidai sinif üzrə nəticələr özünü göstərəcək.