Sertifikatlaşdırma üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır
Naxçıvanda 2, 3, 10 və 11 may tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Eyni zamanda apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan MR Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müəllimlər 1 ay müddətində portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq apellyasiya müraciəti edə bilərlər.
Müraciətlərə baxıldıqdan sonra yekun nəticələr elan olunacaq.
Qeyd edək ki, test imtahanlarında ümumilikdə 2748 müəllim iştirak edib və 99% davamiyyət qeydə alınıb.



